Şirkət haqqında

 
 

«Neptun SM» - təchizahtda №1

Son 15 ildə “Neptun SM” elektrik mallarının, montaj materialları və aqreqatlarının mütəşəkkil təchizatını həyata keçirir. Şirkətin özülü – keyfiyyətdir.

Bu gün “Neptun SM”in fəaliyyət coğrafiyası bütün Azərbaycanı əhatə edir. Şirkətin bütün ölkə üzrə 25000 m3-dan çox ambar ərazisi var.
Şirkətdə müxtəlif sahələrdə ixtisaslaşmış 240-dan çox mütəxəssis çalışır. Mütəxəssislər şirkətin ən yüksək dəyəri, uğurlu inkişafın zamindirlər.

Dəqiq iş prosesi, kadr, maddiyat və zaman resurslarının optimal idarəedilməsi sayəsində şirkət partnyorlarına yüksək keyfiyyətli məhsul və xidmət təqdim etmək baxımından inamla çıxış edir.

“Neptun SM” bazarda artıq çoxdan sübut edib ki, o təkcə qısa müddətli əməkdaşlıq deyil, həmçinin uzunmüddətli işgüzar əlaqələr üçün etibarlı partnyordur.

Bu gün şirkət bir çox aparıcı brendlərin rəsmi distribütorudur. SOCAR, BP, Tekfen, Azfen, Azer-Qaz, Azer-Su,STP, Azmecco, Azerkopru və bir çox başqa iri şirkətlər onlara misal ola bilər.
“Azəri-Çıraq-Günəşli”, “Dan-Ulduzu”, “Şah-Dəniz” və bir çox başqa möhtəşəm neft layihələrinə cəlb olunan şirkət təchizati işlərini hazırda da müvəfəqiyyətlə davam etdirir.

Biz uğurlu biznesi belə görürük: “Etibarlı partnyor” + “Məhsul və xidmət keyfiyyəti” = “Uğur”.

 
 
Az | Ru | En
 
İSTEHSALÇILAR